Cümə axşamı , 25 Aprel 2024
Drone Cameras

Türkiyənin Azərbaycandakı səfirliyində və baş konsulluqlarında xatirə kitabı açılacaq

Türkiyənin Azərbaycandakı səfirliyində dekabrın 11-də İstanbulda törədilən terror aktı ilə əlaqədar xatirə kitabı açılacaq.

Türkiyə səfirliyindən “Report”a verilən məlumata görə, xatirə kitabı dekabrın 15-də saat 14:00-dan 18:00-dək, dekabrın 16-da isə saat 10:00-dan 12:00-dək və saat 14:00-dan 18:00-dək açıq olacaq.

Xatirə kitabı, həmçinin Türkiyənin Gəncə və Naxçıvandakı baş konsulluqlarında da açılacaq.

Xatırladaq ki, İstanbulda “Beşiktaş” futbol klubunun ev oyunlarını keçirdiyi “Vodafone Arena” stadionunun yaxınlığında törədilən terror aktı nəticəsində 44 nəfər həlak olub, 155 nəfər yaralanıb. Hücuma görə məsuliyyəti PKK terror təşkilatı üzərinə götürüb.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir