Cümə , 22 Noyabr 2024
Drone Cameras

Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin Qazaxıstanda keçiriləcək təsis yığıncağına hazırlıq müzakirə olunub

Türk Dövlətləri qiymətləndirmə birliklərinin rəhbərləri Azərbaycanda rəsmi səfərdədir.

Boyukmillet.com xəbər verir ki, səfər çərçivəsində Bakıda Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin Qazaxıstanın Türküstan şəhərində keçiriləcək təsis yığıncağına hazırlıq və gələcək fəaliyyət istiqamətləri ilə bağlı müzakirələr aparılıb.

Bildirilib ki, Azərbaycanda fəaliyyət göstərən 60-a yaxın qiymətləndirmə şirkətini özündə birləşdirən və ölkəmizin yeganə kollektiv qiymətləndirmə platforması olan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun Türkiyəyə işgüzar səfəri çərçivəsində Türkiyənin Qiymətləndirmə Mütəxəssisləri Birliyinin rəhbəri Yaşar Bahçeci arasında ikitərəfli münasibətlərin inkişafına dair qarşılıqlı Anlaşma Memorandumunda əsasən iki qardaş ölkə arasında qiymətləndirmə sertifikatlarının qarşılıqlı tanınması, bərabər layihələrin icra edilməsi qərara alınıb.

Tərəflər Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis olunması istiqamətində fəaliyyətə başlaması barədə niyyət protokolu imzalayıblar.

Sonra türkdilli dövlətlərin qiymətləndirmə birlikləri ilə danışıqlara başlanılıb. Bu danışıqların nəticəsi olaraq Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin Təşkilat Komitəsi yaradılıb.

Qeyd edək ki, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis edilməsi ilə bağlı razılaşma Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc, Qazaxıstan Qiymətləndiricilər Birliyinin sədri Askar Omerbekov, Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin sədri Nərgizə Mirzərəhimova, Qırğızıstan Qiymətləndiricilər İttifaqının sədri Sovetbek Zakirov tərəfindən əldə olunub. Türkmənistan Qiymətləndiricilər Cəmiyyəti tamhüquqlu, Şimali Kipr Türk Cümhuriyyəti Dəyərləmə Uzmanları Birliyinin isə müşahidəçi üzv qismində Türk Dövlətləri Qiymətləndiriciləri Birliyində təmsil olunmaq qərarını elan ediblər.

Check Also

NAXÇIVAN DÖVLƏT BÜDCƏSİNİN TALANMASININ YOLLARINDAN BİRİ…

Mövcud qaydalara görə Azərbaycan Dövlət Tibb Universitetinin,Naxçıvan Dövlət Universiteti Tibb fakultəsinin məzunları həkim mütəxəssis kimi …