Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Türkiyə hərbçisi İraqın şimalında şəhid olub

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında keçirilən “Pəncə- Kilid” əməliyyatı zonasında şəhid verib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, çavuş Mahsun Şimşek terrorçuların təxribatı nəticəsində şəhid olub.

Qeyd edək ki, aprelin 18-də gecə saatlarında Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb. PKK terror qruplaşması üzvlərinin gizləndiyi yerlərin dağıdılmasına hədəflənən bu əməliyyatda havadan kəşfiyyat və zərbə PUA-ları, həmçinin ATAK helikopterləri iştirak edir, qurudan isə xüsusi təyinatlılar hərəkət edir.

Check Also

SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib

Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib. Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər …