Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Türkiyə lideri: “Ukraynada müharibənin dayandırılması üçün təşəbbüslərimizi davam etdiririk”

“Ukraynada müharibənin dayandırılması üçün təşəbbüslərimizi davam etdiririk”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid sammitinə yola düşməzdən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib.

“İndiyədək bu istiqamətki ən önəmli hadisə İstanbuldakı görüş olub. Türkiyə NATO missiyasına töhfə verən əsas ölkələrdən biridir. Odur ki, Türkiyə öhdəsinə düşəni yerinə yetirir”, – o bildirib.

Türkiyə lideri, həmçinin bildirib ki, Ukrayna limanlarından taxılın tədarükü ilə bağlı məsələlərin müzakirə olunacağı dördtərəfli sammitin tarixi bəlli deyil: “Təqvimlər hadisələrə uyğun müəyyənləşir. Bəzi hadisələr suyun üstündə, bəziləri isə suyun altındadır. Türkiyə “yol xəritəsini” bu hadisələrə uyğun olaraq müəyyənləşdirəcək”.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …