Bazar , 19 May 2024
Drone Cameras

Türkiyə PA rəsmisi Türk dünyası Milli Kitabxanaları Birliyini qurmaq ideyasını dəstəkləyib

Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasının rəhbəri Ayhan Tuğlu bildirib ki, Türk dünyası Milli Kitabxanaları Birliyini qurmaq onun çoxdan arzuladığı bir ideyadır və bu fikri ürəkdən dəstəkləyir.

Ayhan Tuğlu “Report”un Ankara bürosuna açıqlamasında deyib ki, Millət Kitabxanası ilk qurulduğunda hətta türkdilli dövlətlərin kitabları bir bölməyə toplanıb: “Hazırda kitabxanamızda yer alan dünya kitablarının əksəriyyəti türk dövlətlərindən gələn kitablardır. Gələcəkdə türk dünyası ilə bağlı internet vasitəsilə istifadə oluna bilən elektron kitabxananın qurulacağına da ümid edirəm. Bununla bağlı struktur layihələrini artıq tamamladıq”.

O deyib ki, hazırda Millət Kitabxanasında Azərbaycandan minədək kitab var: “Türk dünyasından ən çox kitab Özbəkistan, Azərbaycan, Macarıstan, Türkmənistandan gələn kitablardır”.

Rəhbərlik etdiyi qurumda 110 ölkədən 135 dildə fərqli kitabların olduğunu bildirən Ayhan Tuğlu xarici ölkələr arasında əsas üstünlüyü türkdilli xalqlara verdiklərini qeyd edib: “Hər zaman üstünlüyümüz türkdilli dövlətlərdir. Onlardan nə qədər çox kitab gələrsə, türk oxucusu da o qədər çox türk dünyası kitabları ilə tanış olar. Məqsədimiz kitabxanamızın Cahannüma zalını bütünlükdə dünya kitabları ilə təmin etməkdir”.

Check Also

Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib

Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın “Kovrovets” minaaxtaran gəmisini məhv edib. Boyukmillet.com xəbər verir ki, bu …