Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Türkiyə parlamentində Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçiriləcək

Türkiyə Böyük Millət Məclisində (parlamentində) Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı tədbir keçiriləcək.

Bu barədə Azərbaycanın Ankaradakı səfirliyindən məlumat verilib.

Anım tədbiri fevralın 24-də Türkiyə Böyük Millət Məclisinin nəzdində Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi tərəfindən Azərbaycan diplomatik missiyasının dəstəyi ilə təşkil olunacaq.

Tədbirdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç çıxış edəcəklər.

“33-cü ildönümündə biz “Xocalıya ədalət” tələbimizi bir daha təsdiqləyirik ki, bu faciəyə görə məsuliyyət daşıyanlar yeni Xocalı soyqırımının baş verməməsi üçün Beynəlxalq Məhkəmə qarşısına çıxarılsın”, – vəqfdən bildirilib.

Check Also

Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla müharibəni qızışdırmaq cəhdində ittiham edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin rəhbərliyini Qarabağ hərəkatını aktuallaşdırmaq cəhdlərində ittiham edib. …