Cümə , 17 Aprel 2026
Drone Cameras

Türkiyə PUA əleyhinə müdafiə sistemlərinin istehsalına başlayıb

Türkiyə pilotsuz uçuş aparatları (PUA) əleyhinə müdafiə sistemlərinin istehsalına başlayıb.

Boyukmillet.com Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmail Dəmir məlumat verib.

O, Türkiyənin bu səviyyəyə asanlıqla gəlib çatmadığını bildirib.

İdarə rəisi həmçinin deyib ki, hazırda “Hürjet” reaktiv təlim təyyarəsinin sınaqları keçirilir: “Təyyarə 2023-cü ildə istifadəyə veriləcək”.

İ.Demir “Gökbey” helikopterlərinin də sürətli istehsalına başlanıldığını, yerli döyüş təyyarələrinin beşinci nəsil olacağını da vurğulayıb.

Check Also

Kahramanmaraşda məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı 10-a çatıb

Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı 10-a çatıb. Boyukmillet.com  xəbər verir ki, …