Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Türkiyə səfirliyi Azərbaycana başsağlığı verib

Türkiyənin Azərbaycandakı səfirliyi Cəbrayıl rayonunda sərhədçimizin şəhid olması ilə nəticələnən mina partlayışı barədə açıqlama yayıb.

Boyukmillet.com-un məlumatına görə, bu barədə səfirliyin sosial mediadakı paylaşımında bildirilib.

Paylaşımda deyilir: “Bu gün (7 aprel) Qarabağın Cəbrayıl rayonu ərazisində mina partlaması nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin bir əməkdaşının həlak olması bizi dərindən kədərləndirdi. Mərhumun kədərli ailəsinin dərdini bölüşür, əziz Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk”.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …