Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Türkiyə sahillərində 30-dan çox qanunsuz miqrant xilas edilib

Türkiyənin cənub-qərbində yerləşən Aydın vilayətinin turistik Quşadası rayonu sahillərində 32 qanunsuz miqrantın olduğu qayıq aşkar edilib.

Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, onların Yunanıstan hərbçiləri tərəfindən qovularaq, Türkiyənin sahillərinə yönəldildiyi bildirilir. Daha 4 miqrant üzərək sahilə çıxıb.

Türkiyəli hərbçilər qayıqdakı miqrantları sahilə çıxararaq, Aydın vilayətinin Miqrasiya İdarəsinə çatdırıblar.

Check Also

SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib

Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib. Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər …