Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Türkiyə və İran liderlərinin sabah müzakirə edəcəkləri məsələlər açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı İbrahim Rəisinin yanvarın 24-də Ankarada müzakirə edəcəkləri məsələlər açıqlanıb.

Boyukmillet.com  xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat yayıb.

Bildirilib ki, liderlər Qəzzada atəşkəsə nail olmaq və girovların azad edilməsi üçün atılacaq addımları müzakirə edəcəklər.

“Qəzzadaki vəziyyət, bununla bağlı atılacaq addımlar danışıqların əsas gündəmi olacaq. Regiona humanitar yardım göstərilməsi üçün səylər də müzakirə ediləcək”, – məlumatda bildirilib.

Qeyd edək ki, İran Prezidentinin Türkiyəyə yanvarın 4-də planlaşdırılan səfəri İranın Kerman şəhərindəki terror aktı ilə əlaqədar təxirə salınmışdı.

Check Also

SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib

Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib. Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər …