Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenski arasında telefon danışığı olub.

Boyukmillet.com xəbər verir ki, tərəflər Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər.

Söhbət zamanı Ərdoğan bildirib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında möhkəm sülhün bərqərar olmasına güclü diplomatik töhfə verməyə, eləcə də münaqişənin həllinə yardımçı olmaq və bu prosesdə vasitəçi olmaq vəzifəsini öz üzərinə götürməyə hazırdır.

Telefon danışığında Türkiyə prezidenti yanvarın 18-də Brovaridə baş vermiş faciəvi helikopter qəzası ilə bağlı Zelenskiyə başsağlığı verib.

Check Also

SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib

Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib. Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər …