Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Türkiyə yaxınmənzilli ballistik raket sınaqdan keçirib

Türkiyə ordusu yaxınmənzilli ballistik raket sınaqdan keçirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

İki mənbənin agentliyə verdiyi məlumata görə, “Tayfun” raketi səhər saat 07:00 radələrində Rizə şəhəri yaxınlığındakı hava limanından mobil platformadan buraxılıb. Raket 561 km məsafədə qət edərək Qara dənizin Sinop şəhəri yaxınlığındakı sahillərinə düşüb.

Raketin hazırlanması bir neçə il gizli şəkildə həyata keçirilib.

“Bloomberg” qeyd edir ki, Türkiyə hökuməti raketlə bağlı hər hansı məlumat verməkdən imtina edib.

Check Also

İsrail xüsusi təyinatlıları İrana girdi: quru əməliyyatı başladı – KİV

“Al Arabiya”nın məlumatına görə, MOSSAD və İsrail xüsusi təyinatlıları İranda quru əməliyyatı həyata keçiriblər. Boyukmillet.com xəbər …