Cümə , 13 Mart 2026
Drone Cameras

Türkiyədə ardıcıl iki zəlzələ olub

Türkiyədə iki dəfə zəlzələ qeydə alınıb.

Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 07:00-da İzmirdə, 5,1 maqnitudada qeydə alınıb. Zəlzələnin episentri Urla sahillərində yerləşib. Qəndilli rəsədxanası zəlzələnin maqnitudasının isə 5,3 olduğunu açıqlayıb.

Rəsədxanadaın verilən məlumatına görə, 5,3 bal gücündə zəlzələdən az sonra bölgədə 4,1 bal gücündə daha bir zəlzələ baş verib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Check Also

Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla müharibəni qızışdırmaq cəhdində ittiham edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin rəhbərliyini Qarabağ hərəkatını aktuallaşdırmaq cəhdlərində ittiham edib. …