Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Türkiyədə Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı konfrans keçiriləcək

Sabah, aprelin 25-də Türkiyədə Cümhuriyyətin qurulmasının və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı konfrans keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycanın Türkiyədəki səfirliyinin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbir İhsan Doğramacı Bilken Universitetində baş tutacaq.

Konfransda səfir Rəşad Məmmədov, İhsan Doğramacı Bilken Universitetinin rektoru Kürşat Aydoğan, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və başqaları iştirak edəcəklər.

Check Also

ETX-nin nəzdində 3 mərkəz yaradılacaq

Bu ilin sonuna kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nəzdində 3 …