Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Türkiyədə İŞİD üzvü olmaqda şübhəli bilinən 153 nəfər saxlanılıb

Türkiyədə son iki həftə ərzində İŞİD-in üzvü ehtimal olunan 153 nəfər saxlanılıb.

Boyukmillet.com-un məlumatına görə, bu barədə daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, şübhəlilər ölkənin 28 vilayətində, o cümlədən İstanbul, İzmir, Antalya və Bursa kimi böyük şəhərlərdə genişmiqyaslı antiterror əməliyyatı çərçivəsində saxlanılıblar.

“Saxlanılanlar İŞİD-in fəaliyyətində iştirak etməkdə, onunla əlaqəli saxta humanitar qurumları maliyyələşdirməkdə və sosial şəbəkələrdə terror təbliğatı yaymaqda şübhəli bilinir”, – A.Yerlikaya qeyd edib.

Check Also

SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib

Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib. Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər …