Şənbə , 28 Mart 2026
Drone Cameras

Türkiyədə psixiatriya klinikasında yanğın baş verib, 20 nəfər təxliyə edilib

Türkiyənin cənub-şərqində Batman şəhərində psixiatriya klinikasında yanğın baş verib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Hürriyyət” qəzeti yazır.

Qeyd edilib ki, 20 xəstə binadan təxliyə edilib.

Bildirilib ki, yanğın xəstələrdən birinin otağına od vurması nəticəsində baş verib və o, uzun müddət otağından çıxmaqdan imtina edib: “Batmanda özəl psixiatriya klinikalarından birində müalicə alan psixiatriya xəstəsi otağını yandırıb. Yanğın söndürülüb, insidenti törədən şəxs isə zərərsizləşdirilib”.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …