Bazar ertəsi , 31 Mart 2025
Drone Cameras

Türkiyədə səfərdə olan Azərbaycan generalları Heydər Əliyevin abidəsini ziyarət ediblər

Türkiyədə səfərdə olan Azərbaycan Ordusunun generalları paytaxt Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Genarallar Heydər Əliyev parkında olub və Ulu Öndərin xatirəsini anıblar.

Qeyd edək ki, Azərbaycan Ordusunun 6 generalı Türkiyədə səfərdədir. Heyətdə korpus komandanları general-leytenant Mayis Bərxudarov, general-mayor Münasib Babayev və digərləri var.

Yanvarın 31-də Türkiyənin milli müdafiə naziri Yaşar Gülər azərbaycanlı generalları qəbul edib.

Check Also

DSX: Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa və narkotik vasitələrin qanunsuz …