Türkiyədə yaradılan yerli istehsal radar ölkənin bütün hava məkanını 24 saat ərzində izləməyə imkan verəcək.
Boyukmillet.com-un məlumatına görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
Onun sözlərinə görə, türkiyəli mühəndislər tərəfindən hazırlanmış ilk yerli müşahidə radarı ölkənin cənub-şərqində Qaziantep hava limanında quraşdırılıb.
“Fərqli ərazilərdə yerləşdirilməsi planlaşdırılan radar sistemi sayəsində 1 milyon kvadrat kilometrlik ərazidə bütün Türkiyə hava sahəsi gecə-gündüz izlənəcək.
Avropa Hava Hərəkəti Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) tövsiyələrinə uyğun olaraq hazırlanmış MGR radarı bütün Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına cavab verir”.
O qeyd edib ki, Türkiyənin mülki aviasiyanın ehtiyacları üçün öz radarını yaratması hava hərəkəti təhlükəsizliyinə nəzarəti yaxşılaşdırmağa, xarici asılılığı azaltmağa və ölkənin aviasiya sektorunda texnoloji inkişafına töhfə verəcək.
Sınaqdan uğurla keçən hava məkanına nəzarət sistemi 112 km mənzilə malik ilkin müşahidə radarından və 370 km məsafəyə malik ikinci dərəcəli radardan ibarətdir. Onun sınaqları keçən il uğurla həyata keçirilib.
Türkiyənin aparıcı hava limanlarının (İstanbul, Antalya, Ankara, İzmir) nə vaxt və hansı nisbətdə radarlarla təchiz ediləcəyi açıqlanmır.