Bazar , 19 May 2024
Drone Cameras

Türkiyədə yük avtomobili mikroavtobusa çırpılıb, 20 nəfər yaralanıb

Türkiyənin şərqindəki Şanlıurfa vilayətində yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində bir neçə uşaq da daxil olmaqla 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza Türkiyənin Şanlıurfa və Akçakale şəhərlərini birləşdirən avtomobil yolunda baş verib.

İlkin məlumata görə, yük avtomobili mikroavtobusa arxadan çırpılıb, nəticədə hər iki nəqliyyat vasitəsi yol kənarındakı çuxura aşıb.

Qeyd olunur ki, yol qəzasında xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.

https://youtu.be/CHyziEqgeqg

Check Also

Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib

Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın “Kovrovets” minaaxtaran gəmisini məhv edib. Boyukmillet.com xəbər verir ki, bu …