Bazar ertəsi , 12 May 2025
Drone Cameras

Türkiyədən Rusiyaya uçan sərnişin təyyarəsi qəza siqnalı verib

Türkiyənin Antalya şəhərindən Rusiyanın Sankt-Peterburq şəhərinə uçan “Airbus A319” təyyarəsi enmədən əvvəl qəza siqnalı verib.

Boyukmillet.com məlumatına görə, bu barədə məlumatlı mənbəyə istinadən “İnterfaks” bildirib.

“Airbus A319 təyyarəsi Antalyadan Sankt-Peterburqa reys yerinə yetirir. Enmənin müəyyən edilmiş vaxtında o aşağı hündürlükdə uçuşu yerinə yetirməyib və qəza siqnalı verərək davam edib”, – mənbə deyib.

Agentlik, “Flightradar24” xidmətinin məlumatlarına istinadən təyyarənin eniş əvəzinə hava limanının gözləmə zonasında yerdən 2 200 fut (670 metr) yüksəklikdə təxminən 314 km/saat sürətlə manevrlər etdiyini qeyd edib.

Bildirilir ki, “Airbus A319” uğurla eniş edib.

Hadisə zamanı təyyarədə 95 sərnişin və 6 heyət üzvü olub. Onlardan heç biri xəsarət almayıb. Qeyd edək ki, təyyarə Rusiyanın “Rossiya” aviaşirkətinə məxsusdur. 

Check Also

İran Rusiyaya yaxınmənzilli ballistik raketlər tədarük edəcək

İran yaxın zamanda Rusiyaya yaxınmənzilli ballistik raketlər tədarük edəcək. Boyukmillet.com xəbər verir ki, məlumatı İran …