Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Türkiyədən saxta dollar gətirərək satmaqda təqsirləndirilən qadına hökm oxunub

Türkiyədən saxta dollar gətirərək satmaqda təqsirləndirilən Səadət Məmmədovaya hökm oxunub.

Boyukmillet.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən, o, yeddi il müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, S. Məmmədova pulların saxta olmasından məlumatı olmayan tanışları ilə Türkiyəyə gedərək orada Murad Əbdürrəhimovdan saxta, ofset çap üsulu ilə hazırlanmış və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etməyən xarici valyutanı satış məqsədilə əldə edib və Azərbaycana gətirib.

İş üzrə dörd nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Qeyd edək ki, Səadət Məmmədovaya qarşı Cinayət Məcəlləsinin 204.2-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.

Check Also

Qaradağda 66 kiloqramdan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb

Bakının Qaradağ rayonunda 66 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat …