Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Xəzəryanı ölkələr birgə təlim keçirir

İyulun 22-də Xəzərdə “CASAREX24” birgə axtarış və xilasetmə təlimləri başlayıb.

Boyukmillet.com xəbər verir ki, məlumatı “Mehr” xəbər agentliyi yayıb.

Bildirilib ki, təlimdə Azərbaycan, Türkmənistan, Qazaxıstan, İran və Rusiya iştirak edir.

Məlumata görə, təlimin məqsədi regional əməkdaşlığı gücləndirmək və iştirakçı ölkələrin axtarış-xilasetmə əməliyyatlarının aparılmasına hazırlığını artırmaqdır.

İnformasiyaya əsasən, Xəzəryanı dövlətlərin, o cümlədən Azərbaycan, İran və Rusiya nümayəndələri təlimin müxtəlif mərhələlərində monitorinq aparacaq.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …