Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Türkiyənin daha 3 klubu çempionatda çıxışını dayandırıb

Türkiyənin daha 3 klubu ölkədə baş vermiş zəlzələ səbəbindən cari mövsüm yer aldığı çempionatda çıxışını dayandırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi açıqlama verib.

O bildirib ki, II Liqadan “Diyarbakırspor”, III Liqadan isə “Kahramanmaraşspor”la “Osmaniyespor”un tələbi müsbət cavablandırılıb.

Federasiya prezidenti eyni zamanda “Sivas Belediyespor”, “Tarsus İdmanyurdu” və “Niğdespor”un da analoji müraciət ünvanladıqlarını vurğulayıb. Lakin çempionatlarında son sıralarda qərarlaşdıqları üçün onların tələbi qəbul edilməyib.

Qeyd edək ki, buna qədər “Hatayspor” və “Qaziantep”in Super Liqada, “Yeni Malatyaspor”la “Adanaspor”un I Liqada, “Adıyaman”ın II Liqada, “Niğde Anadolu” və “Malatya Arguvanspor”un isə III Liqada çıxış etməyəcəyi bildirilib.

Klublar turnir cədvəlindəki mövqelərindən asılı olmayaraq 2023/2024 mövsümündə hazırkı liqalarda mübarizə apara biləcəkər.

Check Also

17 yaşlı futbolçu Neymarın rekordunu qırıb

Braziliyanın “Palmeyras” klubunun futbolçusu Estevao Villian Neymarın rekordunu qırıb. Boyukmillet.com xəbər verir ki, 17 yaşlı …