Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Türkiyənin ilk dəfə kosmosa göndərəcəyi şəxs və səfərin vaxtı açıqlanıb

Türkiyənin ilk dəfə kosmosa göndərəcəyi kosmonavtın kimliyi və səfərin tarixi açıqlanıb.

Boyukmillet.com  xəbər verir ki, bu barədə Türkiyənin sənayə və texnologiya naziri Mehmet Fatih Kacır bildirib.

Nazir qeyd edib ki, səfər edəcək şəxs Alper Gezerdir, o, 2024-cü il yanvarın 9-da kosmosa gedəcək. Türk kosmonavt Beynəlxalq Kosmik Stansiyada fəaliyyət göstərəcək, orada İspaniya, İtaliya və İsveçdən olan kosmonavtlarla birgə çalışacaq.

Kosmosa səfər 14 gün davam edəcək, 13 fərqli təcrübə yerinə yetiriləcək.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …