Cümə , 13 Mart 2026
Drone Cameras

Türkiyənin İraqdakı baş kosulluğu 7 illik fasilədən sonra fəaliyyətini bərpa edib

Türkiyənin İraqın Mosul şəhərindəki baş konsulluğu 7 illik fasilədən sonra fəaliyyətini bərpa edib.

Boyukmillet.com xəbər verir ki, bunu baş konsul Mehmet Küçüksakallı öz “Twitter” səhifəsində yazıb.

M.Küçüksakallı bildirib ki, konsulluq binası tam hazır vəziyyətə gətirilib.

Xatırladaq ki, Türkiyənin Mosuldakı baş konsulluğu 2014-cü ilin iyununda İŞİD silahlılarının hücumuna məruz qalmışdı. Hücum zamanı konsulluqda olan 49 nəfər girov alınmışdı. Girovlar həmin ilin sentyabrında azad edilmişdi.

Check Also

Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla müharibəni qızışdırmaq cəhdində ittiham edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin rəhbərliyini Qarabağ hərəkatını aktuallaşdırmaq cəhdlərində ittiham edib. …