Bazar , 22 Noyabr 2026
Drone Cameras

TürkPA-nın Baş katibi: “QH-yə sədrlik müddətinin uzadılması Prezident İlham Əliyevə inamın təzahürüdür”

“Qoşulmama Hərəkatına (QH) Azərbaycanın sədrlik müddətinin uzadılması Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycana inamın növbəti təzahürüdür”.

Boyukmillet.com xəbər verir ki, bunu Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında Türk Dövlətlərinin Parlament Assambleyasının (TürkPA) Baş katibi Mehmet Süreyya Er deyib.

Onun sözlərinə görə, dünyada sülhə və əməkdaşlığa nail olunmasında parlamentlərarası əlaqələr və parlament təşkilatları mühüm rol oynayırlar: “TürkPA-nın fəaliyyətində model qanunvericiliyini xüsusi qeyd etmək istəyərdim. Parlamentlərarası əməkdaşlıq ortaq hədəflərə nail olmaqda mühüm əhəmiyyət kəsb edir. TürkPA digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə gələcək fəaliyyətində uğurlar diləyirəm”.

Check Also

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham …