Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Ukrayna ordusunun batalyonu Xarkovda Rusiya ilə sərhədə çatıb

Ukrayna Silahlı Qüvvələrinin bölmələri Xarkov vilayətində Rusiya ilə dövlət sərhədinə çatıb.

Bu barədə Boyukmillet.com Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin feysbuk sosial şəbəkəsindəki videosuna istinadən xəbər verir.

Məlumata görə, 127-ci ərazi müdafiə briqadasının 227-ci batalyonunun hərbçiləri Prezident Volodimir Zelenskiyə döyüş tapşırığının yerinə yetirilməsi barədə raport veriblər.

Döyüşçülər mayın 15-də Rusiya Federasiyası ilə sərhədə çıxıblar. Onlar Xarkov vilayətinin şimalının Rusiya hərbçilərindən təmizlənməsi əməliyyatı zamanı əldə edilən strateji uğurdan danışıblar.

Xatırladaq ki, bu yaxınlarda Xarkov vilayətinin hərbi administrasiyası Ukrayna Silahlı Qüvvələrinin İzyum istiqamətində əks-hücum əməliyyatına başlaması barədə məlumat yaymışdı. Bura əyalətin ən qaynar nöqtəsidir.

Check Also

İsrail xüsusi təyinatlıları İrana girdi: quru əməliyyatı başladı – KİV

“Al Arabiya”nın məlumatına görə, MOSSAD və İsrail xüsusi təyinatlıları İranda quru əməliyyatı həyata keçiriblər. Boyukmillet.com xəbər …