Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Ukraynada daha bir azərbaycanlı müharibədəki xidmətlərinə görə təltif olunub

Ukraynada daha bir azərbaycanlı müharibədəki xidmətlərinə görə medalla təltif olunub.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bu, Kiyevin ərazi müdafiə qüvvələrində humanitar missiya ilə fəal olan, əslən Azərbaycanın Zaqatala rayonundan Şamxal Namiq oğlu Quliyevdir.

O, Ukrayna Silahlı Qüvvələri tərəfindən Kiyev və Kiyev vilayətinin müdafiəsi uğrunda göstərdiyi xidmətlərinə görə mükafatlandırılıb.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci il fevralın 24-də başlayıb.

Check Also

Azərbaycan “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”na qoşulur

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı …