Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Ukraynalı məşhur qapıçı karyerasını başa vurub

Ukraynanın “Dinamo” (Kiyev) komandasının qapıçısı Aleksandr Şovkovski karyerasını başa vurub. “Report”un məlumatına görə, bu barədə klubun baş məşqçisi Sergey Rebrov açıqlama verib.

O bildirib ki, məşhur qapıçı qərarını “Şaxtyor”a 3:4 hesabı ilə uduzduqları görüşdən sonra açıqlayıb: “Şovkovski paltardəyişmə otağında komanda ilə vidalaşdı və alqışlarla yola salındı. Saşa komandaya illərini verib. O, böyük hörmətə layiqdir”.

Qeyd edək ki, Aleksandr Şovkovski 1993-cü ildən Kiyev “Dinamo”sunda forma geyinib. Lakin həmin il o, Ukrayna MOİK-inə icarəyə verilib. Şovkovski 1994 – 2012-ci illərdə Ukrayna yığmasına dəvət alıb. 

Check Also

İstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir