Ümumxalq hüzn, Anım və matəm günlərində audiovizual yayımın təşkil edilməsi qaydası açıqlanıb.
Boyukmillet.com xəbər verir ki, “Media haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, ümumxalq hüzn, Anım və matəm günlərində audiovizual yayım aşağıdakı qaydada həyata keçirilməlidir:
1. komediya və erotik filmlər, televiziya və radio viktorinaları, yumoristik, əyləncəli və ümumxalq hüzn, Anım və matəm günlərinin mahiyyətinə uyğun olmayan digər proqramlar yayımlanmamalıdır;
2. reklam yayımlanmamalıdır (Anım Günü istisna olmaqla);
3. azı hər iki saatdan bir dəfə ümumxalq hüzn, Anım və matəm günü ilə bağlı məlumat yayımlanmalıdır;
4. saat 12.00-da bir dəqiqəlik sükut elan edilməlidir.