Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

“Vətən müharibəsində Ermənistan azərbaycanlı hərbçilərin meyitləri ilə xüsusi qəddarlıqla davranıb” – RƏSMİ

“Vətən müharibəsi dövründə Azərbaycana təhvil verilmiş çoxsaylı hərbi qulluqçularımızın nəşləri ekspertizadan keçirilib. Həmin meyitlər üzərində xüsusi qəddarlığın, amansız rəftar əlamətlərinin, bir neçəsinin diri-diri boğazının, qulaq seyvanlarının, burunlarının kəsilməsi, üz dərisinin soyulmasının şahidi olmuşuq”.

Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, cinayət işlərinin faktlarında bu materiallar öz təsdiqini tapır: “Niyə bunlara reaksiya vermirlər? Çünki ikili standartlar buna imkan vermir”.

Check Also

Bu şəxslərə hərbi xidmətlə bağlı GÜZƏŞT OLACAQ – RƏSMİ

Xarici ölkələrdə təhsil alan tələbələrə hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün təhsil aldıqlarını təsdiq edən …