Şənbə , 28 Mart 2026
Drone Cameras

Vətəndaş cəmiyyəti nümayəndələri Türkiyədə – FOTOLAR

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində vətəndaş cəmiyyəti nümayəndələrinin qardaş Türkiyəyə işgüzar səfəri başlayıb.


Boyukmillet.com xəbər verir ki, Agentliyin İcraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, QHT rəhbərləri, media nümayəndələrinin təmsil olunduğu nümayəndə heyəti tərəfindən Ankarada xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin adını daşıyan park ziyarət edilib, abidəsi önünə əklil qoyularaq xatirəsi ehtiramla yad olunub.


 
Qeyd edək ki, nümayəndə heyəti qardaş Türkiyəyə səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində keçiriləcək anım tədbirində və müxtəlif görüşlərdə iştirak edəcək və zəlzələdən əziyyət çəkən Kahramanmaraş bölgəsini ziyarət edəcək.

Check Also

İlham Əliyev Fərman İMZALADI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində …