Cümə , 17 May 2024
Drone Cameras

Vahid Əhmədov: “Niyə İKT sahəsinə güzəştlər təklif etməmişik?”

“Texnoparklar fəaliyyətə başlayanda 7 illik güzəştlər təklif etmişdik. Niyə biz bunu İKT sahəsinə etməmişik ki, hazırda bu vəziyyətlə üzləşmişik?”

Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib.

“Niyə biz indi bu məsələyə gəlib çıxmışıq? Digər ölkələr bizdən üstündür. Burada qeyd olundu ki, kadr çatışmazlığı var. Bundan başqa, istehsal olunan məshulların rəqabət qabiliyyəti yoxdur. Biz bu məsələlərdə həddindən artıq gecikmişik”, – o qeyd edib.

Deputatın sözlərinə görə, kadrlar ölkədən gedir və ciddi problemlər ortaya çıxır: “Doğurdan da, bu sahədə mütəxəssis həddindən artıq azdır. Mən də o fikirdəyəm ki, biz rəqabətqabiliyyətli məhsul istehsal edib xaricə ixrac etməliyik. Bunlar, ciddi məsələlərdir. Vergi güzəştlinin məqsədi ixracyönümlü İKT sahəsini inkişaf etdirməkdir. Biz yeni qanun qəbul etdikdən 5 il sonra ciddi irəliləyişlər əldə edə biləcəyikmi? Yoxsa elə yenə xaricə insan axını olacaq? Təklif edirəm ki, bu sahədə gəncləri xaricə oxumağa göndərək və onlarla belə müqaviləyə bağlayaq ki, yenidən geri qayıtsınlar. Yoxsa göndəririk oxumağa, sonra yaxşı yaşayış, əmək haqqının yüksək olması səbəbindən gənclər orada qalırlar”.

Check Also

Aleksey Borodin : “Azərbaycan regionun rabitə sahəsindəki qurumları üçün örnək olmalıdır”

Azərbaycanın rabitə sahəsində əldə etdikləri regionun telekommunikasiya sahəsindəki qurumları üçün örnək olmalıdır. Boyukmillet.com xəbər verir ki, …