Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Venesuelada müxalifət hakimiyyətlə dialoqdan imtina edib

Venesuela müxalifəti hakimiyyətlə sentyabrın 27-nə Dominikan Respublikasında planlaşdırılan dialoqun yeni mərhələsində iştirak etməkdən imtina edib.

Boyukmillet.com-ın məlumatına görə, müxalifət liderlərindən biri olan Luis Florido bildirib ki: 

“Biz məsuliyyəti öz üzərimizə götürürük. Dominikan Respublikasında prosesi davam etdirmək üçün heç bir zəmin yoxdur”, – deyə Florido Karakasda mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, hökumət dialoqun davam etdirilməsi üçün şərtlərdən heç birini icra etməyib, həmçinin bu görüşlərin şəffaf qrafiki hələ də tərtib edilməyib: “Danışıqlara başlamaq üçün heç bir ciddi zəmin indiyədək yaranmayıb”. 

Danışıqlara sentyabrın ortalarında Dominikan Respublikasında start verilib. Danışıqların aparılmasının təşəbbüskarı İspaniyanın sabiq baş naziri Xose Luis Rodriqes Sapatero və Dominikan Respublikasının prezidenti Danilo Medina olub.

Check Also

Kiberpolisdən “Qarabağ” – “Ayaks” oyunu ilə bağlı əməliyyat – Saxlanılanlar var

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) dekabrın 10-da Çempionlar Liqasının növbəti mərhələsində Tofiq …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir