Cümə , 26 Aprel 2024
Drone Cameras

Vladimir Putin: “Rusiya Qarabağdakı humanitar fəaliyyətə MDB ölkələrinin qoşulmasında maraqlıdır”

“Rusiya Qarabağda göstərilən humanitar səylərə MDB, KTMT üzvü olan tərəfdaş ölkələrin də qoşulmasında maraqlıdır”.

Boyukmillet.com  TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının zirvə görüşünü açarkən bildirib.

O, həmçinin Azərbaycan, Rusiya, Ermənistan arasında Qarabağla bağlı razılaşmalarının həyata keçirildiyini diqqətə çatdırıb.

Xatırladaq ki, Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış birgə bəyanata əsasən, Qarabağ münaqişəsi bölgəsində 10 noyabr tarixindən etibarən qüvvəyə minmiş atəşkəsə əməl olunmasına nəzarət məqsədi ilə Rusiyanın 1 960 canlı qüvvə, 90 zirehli daşıyıcı texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı birləşməsi yerləşdirilib. Bununla yanaşı, bölgədə 5 humanitar mərkəz yaradılıb.

Check Also

Azad edilmiş ərazilərdə daha bir kütləvi məzarlıq aşkarlanıb

İşğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib. Boyukmillet.com xəbər …