Xızı rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
“Report”un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, rayonun Giləzi qəsəbəsində Bakı şəhər sakini Bəhməniyar Məmmədqasımov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə onun sərnişinlərindən Elçin adlı şəxs hadisə yerində ölüb, özü və 4 sərnişini xəstəxanaya yerləşdirilib. B.Məmmədqasımov isə xəstəxanada ölüb.
Xızı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Check Also
ABŞ nüvə silahı istehsalını artırır
ABŞ Soyuq müharibənin bitməsindən bəri ən çox nüvə silahı istehsal edir. Boyukmillet.com xəbər verir ki, bu …
Boyukmillet.com Biz yanmasaq vətən yanar