Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Xalqı həftəsonu taksilər soyur, həftəiçi BNA…

Ölkəmizdə pandemiya ilə əlaqədar olaraq həftəsonları ictimai nəqliyyatın işləməməsini fürsət bilən taksi sürücüləri vəziyyətdən sui-istifadə edərək həm süni qiymət artımı edir, həm də karantin qaydalarını ciddi şəkildə pozurlar. Məsələn, 2 manatlıq taksilər 5 nəfəri eyni vaxtda avtomobilə maskasız mindirirsə, burada sosial məsafədən söhbət gedə bilməz.

Bununla bağlı Axasr.az-a münasibət bildirən millət vəkili Fazil Mustafa qeyd edib ki, həftəsonları ictimai nəqliyyatın işləməməsi vətəndaşların hərəkətinə ciddi şəkildə maneə yaradır və taksi sürücülərinin süni şəkildə gediş haqqını artırması insanların büdcəsinə də çox mənfi təsir göstərir.

“Həftəsonları vətəndaşları taksi şirkətləri soyur, həftəiçi BNA. Həftəsonu ictimai nəqliyyat işləmir, amma avtobusun yoluna çıxan avtomobil sürücüsü cərimələnir. Belə absurd olar? Azərbaycan vətəndaşının maddi durumu haqqında danışmağa ehtiyac yoxdur. Buna qarşı vətəndaşlar çox sərt mövqe bildirməlidirlər. Dövlət bununla bağlı tədbirlər görməlidir”, – millət vəkili deyib.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …