Çərşənbə axşamı , 7 Aprel 2026
Drone Cameras

Xankəndi-Gorus istiqamətində erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin olunub

Bu gün Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin olunub.

Boyukmillet.com xəbər verir ki, bu gün məntəqədən növbəti dəfə 80-ə qədər şəxs Ermənistan istiqamətində sərbəst şəkildə keçid ediblər.

Keçid edənlər arasında erməniəsilli şəxslərlə yanaşı, Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlar da var.

Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərməklə yanaşı, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.

Check Also

Böyük güclər, İran və gizli məqsədlər – Sabir Rüstəmxanlı söhbətləri

Bakupost TV-də Xalq şairi Sabir Rüstəmxanlının “Rüstəmxanlı söhbətləri” verilişinin növbəti buraxılışı yayımlanıb. Sabir Rüstəmxanlı veriliş …