Cümə , 7 Noyabr 2025
Drone Cameras

Xankəndindəki etiraz aksiyasının iştirakçıları: “Biz belə yaşamaqdan bezmişik”

Azərbaycanın işğal altında olan Xankəndi şəhərində etiraz aksiyaları davam edir.

“Report” “Azatutuyun”a istinadən xəbər verir ki, piket iştirakçıları Dağlıq Qarabağdakı separatçı rejimin güc strukturlarının “istefası”nı tələb edirlər.

“Biz belə həyatdan, belə yaşamaqdan bezmişik”, – aksiya iştirakçıları bildiriblər.

Qeyd edək ki, iyunun 2-də Xankəndində Ermənistan Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının iştirakı ilə kütləvi dava olub. Hadisə ilə əlaqədar 15 nəfər tutulub. Hadisənin məişət zəminində baş verdiyi bildirilir və Təhlükəsizlik Xidməti əməkdaşlarının cəzalandırılması tələb olunur.

Check Also

Pakistanda Baş nazir ofisi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

8 noyabr – Zəfər Günü münasibətilə Pakistanda Baş nazir ofisi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir