Bazar , 8 Fevral 2026
Drone Cameras

Xarici media nümayəndələrinin Azərbaycanda fəaliyyət göstərməsi qaydası açıqlanıb

Xarici media nümayəndələrinin Azərbaycan ərazisində fəaliyyət göstərməsi qaydası açıqlanıb.

Boyukmillet.com-un xəbərinə görə, bu, “Media haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Azərbaycanda akkreditasiya olunmuş xarici jurnalistlərin və digər xarici media nümayəndələrinin hüquqi statusu və peşə fəaliyyəti Azərbaycan Respublikasının normativ hüquqi aktları və tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.

Azərbaycanda xarici media subyektlərinin filial və nümayəndəlikləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda açılır.

Xarici jurnalistlərin Azərbaycanda akkreditasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

Media Reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin jurnalistlərinə Azərbaycanda da eyni məhdudiyyətlər qoyula bilər.

Check Also

Prezidentin adından saxta açıqlama yayılıb – MEDİA

“Facebook” sosial şəbəkə platformasındakı bir sıra hesablarda Azərbaycan Prezidentinin adından “deepfake” texnologiyası ilə hazırlanmış, reallığı …