Cümə , 6 Mart 2026
Drone Cameras

Xırdalanda avtomobil maneəyə çırpılıb, bir nəfər xəsarət alıb

Abşeron rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Boyukmillet.com-un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili idarəetməni itirərək maneələrə çırpılıb.

Qəza zamanı avtomobildə olan sərnişin, 1989-cu il təvəllüdlü İbrahimov Xəyal Fazil oğlu ağır bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona döş qəfəsinin küt travması, hər iki baldırın və sol qolun çoxsaylı yerdəyişən sınıqları diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin ehtimala görə hadisəyə səbəb yağışlı hava şəraiti olub.

Hadisənin təfərrüatı araşdırılır.

Check Also

YAP: İranın Naxçıvana dron hücumu xain təxribat cəhdidir

İranın Naxçıvana dron hücumunu iki ölkənin münasibətlərinin ruhuna və beynəlxalq hüquq normalarına zidd olan xain …