Şənbə , 28 Noyabr 2026
Drone Cameras

Xırdalanda dağıntılar altında bir uşaq qalıb

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin (FHN) qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı hələ də davam etdirilir.

Bu barədə FHN-dən məlumat verilib.

“Report”un əldə etdiyi məlumata görə, hazırda dağıntılar altında qaldığı ehtimal olunan azyaşlının xilas edilməsi üçün axtarış-xilasetmə əməliyyatı aparılır.

Dağıntılar altında qaldığı ehtimal olunan uşaq 2012-ci il təvəllüdlü Fatimə Musayevadır. Onun atası Vüsal Musayev yaralı vəziyyətdə çıxarılaraq xəstəxanaya yerləşdirilib, anası 1988-ci il təvəllüdlü Aytən Musayevanın isə meyiti çıxarılıb.

Qeyd edək ki, indiyədək dağıntılar altından ümumilikdə 6 nəfər vətəndaş xilas olunub, daha bir nəfərin isə meyiti çıxarılıb.

Check Also

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb

Ermənistanın Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsi Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayevin həbs müddətini daha 3 …