Qazaxıstan prezidenti Nursultan Nazarbayev heç vaxt xoşbəxt milyarderlərlə rastlaşmadığını deyib və gənclərə sadə işlərdən utanmamağı tövsiyə edib.
Boyukmillet.com fed.az-a istinadən bildirir ki, “Qazaxıstanın 100 yeni siması” layihəsi çərçivəsində mərasimə qatılan N. Nazarbayev insanların imkanlarının sərhədsiz olduğunu deyib:
“Mən hər zaman gənclərə deyirəm: evləri təmizləmək ayıb deyil, düzdür? Ayıb odur ki, işsiz, bədbəxt olasan. Ayıb odur ki, qadınlar bədənlərini satır. Asanlıqla əldə olunmuş uğur xoşbəxtlik deyil. Zəngin valideynlərinizdən sizə miras qala bilər. Ancaq bununla gələcəyiniz olmayacaq. Təcrübəli biri kimi deyirəm: 10-20 milyardı olan xoşbəxt milyarder görmədim. Sizə intihar edən, həbsxanalara düşən milyarderlərin siyahısını təqdim edə bilərəm. Belə şeylər xaricdən xoşbəxtlik kimi görünə bilər. Ancaq əsl xoşbəxtlik əziyyətlə qazanılandır”.
Check Also
Rusiya tərəfi Ukraynaya 250 meyit təhvil verib
Ukraynaya 250 meyit qaytarılıb. Rusiya tərəfinin iddiasına görə, onlar müharibədə həlak olmuş Ukrayna hərbçiləridir. Boyukmillet.com …
Boyukmillet.com Biz yanmasaq vətən yanar
