Bazar , 4 Oktyabr 2026
Drone Cameras

YAP-da “Vətən Müharibəsi: Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” adlı tədbir keçirilir

“Müasir dövrdə hər bir ölkəni güclü edən əsas faktorlardan biri milli həmrəylikdir”.

Boyukmillet.com xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın mərkəzi qərargahında keçirilən “Vətən Müharibəsi: Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” adlı “dəyirmi masa”da çıxışı zamanı deyib.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya ölkələri sırasında layiqli yer turur: “44 günlük Vətən müharibəsindəki qələbədə də milli həmrəylik faktorunun xüsusi yeri var. Müharibə dövründə ölkəmizdə fəaliyyət gösərən siyasi partiyaların əksəriyyəti Ali Baş Komandanın siyasətinə qətiyyətli dəstək göstərdilər. Prezident-xalq-ordu birliyinin nəticələri təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası deyil, yeni reallıqların yaranmasına səbəb olub”.

Check Also

Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında bir sıra struktur dəyişiklikləri həyata keçirilib. Boyukmillet.com Qaynarinfo-ya istinadla bildirir …