Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Yaxın vaxtlarda Naxçıvanda DOST mərkəzi açılacaq

Yaxın vaxtlarda Naxçıvan DOST mərkəzinin açılışı planlaşdırılır.

“Report”un Qarabağ Bürosu xəbər verir ki, bunu Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) İdarə Heyətinin sədri Fərid Məmmədov deyib.

Onun sözlərinə görə, indiyə qədər ölkədə 17 regional DOST mərkəzi, 55 regional DOST filialının açılışı olub: “Bu mərkəzlərdə vətəndaşlara 15 istiqamət üzrə 159 xidmət göstərilir. Gün ərzində xidmət mərkəzlərində 250- 260 min müraciətə baxılır”.

Agentlik sədri bildirib ki, yaxın vaxtlarda Quba və Naxçıvan regional DOST mərkəzlərinin açılışı planlaşdırılır: “Hətta azad edilən Ağdam, Şuşa, Xocalı, Xocavənd rayonları və Xankəndi şəhəri DOST xidmətləri ilə əhatə olunub”.

Check Also

Azərbaycanda lizinq təşkilatları üçün reyestr tələbi müəyyənləşəcək

Maliyyə icarəsi (lizinq) sahəsində fəaliyyət göstərmək istəyən təşkilatlar Azərbaycan Mərkəzi Bankında (AMB) yaradılacaq reyestrdə qeydiyyatdan …