Çərşənbə axşamı , 8 Oktyabr 2024
Drone Cameras

Yeniyetmə güləşçilərimiz dünya çempionunun mükafatı uğrunda yarışırlar

Bu gün Dağıstanın Kaspiysk şəhərində dünya və beşqat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir start götürüb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Dekabrın 17-dək davam edəcək turnirdə böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Ruslan Şəmilovun rəhbərliyi altında yığma komandanın 19 üzvü mübarizə aparacaq. Heyətdə Tofiq Əliyev, Elmir Cəlilov (hər ikisi – 42 kq), Məhəmmədsaleh Abakarov (46 kq), Ramiz Həsənov (50 kq), Əsgər Məmmədəliyev, Uğur Novruzov, Vüsal Hüseynov (hamısı – 54 kq), Turan Bayramov, Elmar Kazımov, Seymur Cəbrayılov (hamısı – 58 kq), Əşrəf Əşrəfov, Vahid Əliyev, Hacımurad Hacıyev (hamısı – 63 kq), Nəsib İsayev, Murad Ömərov, Davud İbrahimov (hamısı – 69 kq), İslam Əliyev, Abubakr Abakarov və Abdulmuslim Mamedov (hamısı – 76 kq) yer alıblar.

Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edir.

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir