Çərşənbə axşamı , 23 Aprel 2024
Drone Cameras

“Yeraz” ifadəsi necə yarandı? – Eldar İsmayıl yazır

Azərbaycanı bölmək, parçalamaq üçün həmişə yerliçilik toxumu səpmişlər. Bu xəyanətin başında daim erməni- rus kəşfiyyatı durmuş, içimizdəki qanı xarablar bu cinayəti həyata keçirmişlər.
1988- ci il hadisələrində Azərbaycan xalqı yumruq kimi birləşmişdi. Xalq Qarabağa yerimək istəyirdi. Dərhal xalqı parçalamaq üçün Qərbi Azərbaycandan gələnlərə yeni ad verdilər-“YERAZ”. Həm də qəzetlər Yeraz dedikləri adamları təhqiredici sözlərlə rəncidə edirdilər.
Beləliklə xalqın birliyinə bir zərbə vurdular.
Hətta satqınlar sonrakı illərdə də Qərbi Azərbaycandan gəlmiş qardaşlarımıza qarşı həqarətləri davam etdirirdilər.
“Monitor” jurnalı 1998- ci il fevral nömrəsində yazırdı:
“Yerazlar şəraiti ağırlaşdırdılar. Bu da şəhərdən erməni əhalisinin qovulmasına səbəb olaraq Bakıda etnik vəziyyət kökündən dəyişdi…”
Bütün bunlar Qərbi azərbaycanlıların Vətənsevər, millətsevər, eyni zamanda düşmana qarşı barışmaz və türk olmalarından irəli gəlirdi.
Həmin günlərdə mən bu şeiri qələmə aldım.

***

Mən “yeraz” deyiləm, TÜRK OĞLU TÜRKƏM

 

Bir xalqa, millətə daş atan adam,
Erməni neyinə dəm tutan adam.
Aşkarca milləti ay satan adam,
Məgər sən bilmirsən, poladdan möhkəm
Mən şanlı-şöhrətli türk oğlu türkəm?!

 

Məramın, məqsədin, diləyin aydın,
Kin-küdurət dolu ürəyin aydın.
Şeytan təbiətin, kələyin aydın,
Məni də, səni də tanıyır aləm,
Kərəm* dəyanətli türk oğlu türkəm!

 

Bir qəlbə, bir xətrə dəyməmişəm mən,
Bir qapı, bir baca döyməmişəm mən…
Sənintək kiməsə söyməmişəm mən,
Bir gün Yunis İmrə, bir gün Babəkəm,
Ələsgər hikmətli türk oğlu türkəm!

 

Bil ki, varlığımda vüqarlı dağam,
Məni şərləməyə gəzirsən məqam.
Aşotsan Aşot ol, Keğamsan, Keğam.
Cilddən cildə girərsən nə qəm?
Qəlbi hərarətli türk oğlu türkəm!

 

Hüseynqulu xanam, Cavad xanam mən,
Xətai soyadlı bir ünvanam mən.
Abbasqulu bəyəm, haqq-divanam mən.
Tanrıdan payımdı bu məğrur görkəm,
Füzuli heyrətli türk oğlu türkəm!

 

Mənə “Yeraz” deyib ulamağın nə?
Ortada quyruğun bulamağın nə?
Meydanı bu qədər sulamağın nə?
Sən gözəl bilirsən nəçiyəm, kiməm…
Koroğlu qeyrətli türk oğlu türkəm!

 

Axmırsa qanında erməni qanı?
Bəs niyə yandırırb-yaxırsan canı?
Hara aparırsan Azərbaycanı?
Çox gözəl bilirəm sən kimə məhrəm…
Mən palıd qamətli türk oğlu türkəm!

 

Qarabağ dərdinə yumulur gözün,
Şuşa qan içində buna nə sözün?
Barbar sənin qövmün, sən elə özün…
Gərəkdir cəlladı hesaba çəkəm,
Düşmənə hiddətli türk oğlu türkəm!

 

Dabbaqda gönündən tanıram səni,
Dumanlı fikirindən qanıram səni.
Zoritək bir dığa sanıram səni,
Gəncəyəm, Təbrizəm, bir soy, bir kökəm…
Səttarxan cürətli, türk oğlu türkəm!

 

Bağımsız ölkəmdə birləşməliyəm,
Bir bayraq altında yerləşməliyəm!
Xəyanət var ikən kürləşməliyəm,
Sınaq meydanında özümə yönəm…
Atatürk qüdrətli türk oğlu türkəm.
Ay qəlbi iblislər odası olan,
MƏN “YERAZ” DEYİLƏM, TÜRK OĞLU TÜRKƏM!

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir