Cümə , 29 Mart 2024
Drone Cameras

Yerevanda etirazçılar yolu bağlayıb, onlarla aksiyaçı saxlanılıb

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar Yerevanın iki prospektini bağlayıblar.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Bildirilib ki, polis yolu açmağa cəhd göstərir. Aksiyanı dağıtmaq üçün hərbi bölmələr də cəlb edilib. Onlarla aksiyaçı hadisə yerindən polis şöbəsinə aparılıb. Onların arasında Ermənistan parlamenti Aparatının keçmiş rəhbəri Ara Saqatelyan, separatçıların nümayəndəsi Tiqran Abramyan, keçmiş deputat Miqran Akopyan və başqaları da var. Etirazçılar küçələri avtomobillərlə bağlayıblar. Polis əməkdaşları evakuatorların yardımı ilə yolu açmağa başlayıb.

Check Also

Azad edilmiş ərazilərdə daha bir kütləvi məzarlıq aşkarlanıb

İşğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib. Boyukmillet.com xəbər …