Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Yunan telekanalında Türkiyə ordusu müzakirəsi : “Türklərdən necə qorxmayasan?!” – Video

Yunan telekanalında Türkiyə ordusu müzakirəsi : “Türklərdən necə qorxmayasan?!” – Video

Yunanistanda bir televizya proqramında Türkiyənin axtarışda olanlar siyahısında yer alan terrorçulara qarşı həyta keçrdiyi əməliyyatlardan danışılıb.

boyukmillet.com xəbər verir ki, proqramda teleaparıcı Türkyə Silahlı Qüvvələrinin (TSQ) əməliyyat görüntülərindən qorxuya düşüb.

TSQ-nin PKK terror təşkilatının rəhbələrindən olan 4 terrorçunu yüksək texnoloji silahlarla öldürməsi Yunanstan mediasına gündəm olub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fəratın şərqində PKK/YPG terror təşkilatının düşərgələrinin təmizlənəcəyini xatırladan xəbərdə hər an gerçəkləşdirə biləcək hərbi əməliyyatlardan söz açılıb, Türkiyə ordusunun güc nümayişi göstərdiyi bildirilib.

Yunanstanın Skai TV kanalında göstərilən proqramda TSQ-nin 20 günlük zaman müddəti içərisində F-16 hərbi təyyarələri və yerli istehsal olan SİHA silahları ilə hərbi əməliyyatlar həyata keçirdiyi qeyd edilib.

Türkiyənin həyata keçirdiyi uğurlu hərbi əməliyyatlarda terror cinayəti ilə bağlı axtarışda olanlar siyahısındakıları məhv etdiyini bildirən yunan telekanlı bu terrorçuların hamısının müasir texnoloji silahlarla məhv edildiyini bildirib.

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir