Cümə axşamı , 2 May 2024
Drone Cameras

Zahid Oruc: “Məqsəd güclü siyasi partiyaların formalaşdırılmasıdır”

“Dövlət quruculuğu siyasətinin əsas hədəfi ölkədəki siyasi partiyaların hüquqi müstəvidə fəaliyyət aparmalarıdır. Çünki kənar fəaliyyət siyasi partiyaların dövlətə və millətə qarşı çıxması olur”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantı ilə bağlı keçirilən brifinqdə deyib.

O qeyd edib ki, son üç ildə partiyalarla kifayət qədər görüş və dialoqlar keçirilib:

“Bu da çox mühüm addımdır. Yeni qanun layihəsini tərtib etməkdə ali məqsəd bu sahədə ortaq məxrəcin tapılması idi. Çünki bəzən şahidi oluruq ki, Azərbaycan əleyhinə xarici hesabalatlarda yalnış informasiyalar yer alırdı”.

“Qanun layihəsinə edilən dəyişikliklər bir daha onu göstərdi ki, hakimiyyət və qanunverici orqan düzgün yoldadır. Qarşı çıxanların arqumentləri hüquqi deyil. Məqsəd güclü siyasi partiyaların formalaşdırılmasıdır. Dövlət qazandığı qələbədən sonra ölkədə qalib siyasi sistem formalaşdırmaq niyyətindədir” – Z.Oruc əlavə edib.

Check Also

İlham Əliyev: Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi və bu, lazımınca nəzərdən keçirilməlidir

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Hesab edirəm ki, bu lazımınca nəzərdən keçirilməlidir. Boyukmillet.com xəbər verir …